Nəticədə bizim topladığımız məlumatları iki əsas kateqoriyaya bölmək olar:

  • a) Ümumi ziyarətçi statistikası
  • b) Müəyyən edilə bilən şəxsi məlumatlar

Ümumi ziyarətçi statistikasını şəxsən müəyyənləşdirilə bilən məlumatlarla əlaqələndirmirik.

Ümumi ziyarətçi statistikası

Veb saytımızı ziyarət edərkən sizdən avtomatik olaraq kompüteriniz, yerləşdiyi yer və uyğundursa, gəldiyiniz veb sayt haqqında ümumi məlumat toplayırıq. Bu məlumatlar sizi bir fərd kimi müəyyən etmək üçün istifadə edilə bilməz. Bu məlumatlar ziyarətçilərimizin haradan gəldiklərini, nələrə baxdıqlarını, nədə hərəkət etdiklərini və ən çox harada vaxt keçirildiyini bizə bildirmək üçün yalnız ümumi şəkildə istifadə olunur.

Avtomatik topladığımız məlumatlar:

  • Birinci tərəf kuki dəstəyi (kompüterinizə kuki yerləşdirməyimizə icazə verib-verməməyiniz)
  • Ziyarətçi nömrəsi (mümkün olduqda kompüterinizə yerləşdirdiyimiz bir kuki tərəfindən təmin edilir)
  • Yönləndirici (məs. gəldiyiniz yer. məs google.com)
  • Ziyarət tarixi və saatı
  • Regional və dil parametrləri (hansı ölkədə olduğunuzu müəyyənləşdirmək üçün)
  • Əməliyyat sistemi (Windows, OS X, Linux, iOS, Android və s.)
  • Brauzer və brauzer versiyası (Chrome, Internet Explorer, Firefox, Opera, Safari və s.)
  • Ekranın görüntü parametrləri (1280x1024, 1024x768, və s.)
  • JavaScript dəstəyi
  • Java dəstəyi
  • IP ünvanı (kompüterin internetdəki ünvanı)
  • Baxdığınız saytın adı
  • Baxdığınız saytın URL-i

Müəyyən edilə bilən şəxsi məlumatlar

Bəzən sizin haqqınızda daha çox şəxsi məlumat toplamalıyıq. Veb saytımızın bəzi sahələri/hissələri daxil ola bilmək üçün qeydiyyatdan keçməyinizi tələb edə bilər; ziyərətinizin məqsədini daha yaxşı anlamaq və ziyarətçi təcrübənizi yaxşılaşdırmaq üçün sizdən yaşınız və peşəniz kimi məlumatlar istəyə bilərik.

İstənilən halda, sizdən fərd olaraq şəxsiyyətinizi müəyyənləşdirə biləcək hər hansı məlumat istədikdə, məlumatı niyə yığdığımız, necə yığdığımız, necə saxlayacağımız və necə davranacağımız və istifadə edəcəyimiz haqqında izah verəcəyik.

Biz yalnız toplama prosesi zamanı bildirilən məqsəd üçün fərdi müəyyən edə bilən məlumatları toplayıb saxlayacağıq. Məlumatlarınızı bildirilən məqsəd üçün emal etməyi bitirdikdə, məxfiliyinizi təmin etmək üçün onları silib məhv edəcəyik.

Bu veb saytda sağlamlığınız, etnik mənşəyiniz, dini inancınız və ya siyasi mövqeyinizlə bağlı məlumat toplamırıq və saxlamırıq.Nadir hallarda başqa həssas məlumat toplasaq, bunu yerli məlumat məxfiliyi qanununa tam uyğun icra edəcəyik.

Novo Nordisk valideynlərin və ya qanuni qəyyumun icazəsi olmadan uşaqlardan (18 yaşına çatmamış şəxslər uşaq hesab olunur) fərdi müəyyən edə bilən məlumat toplamaq niyyətində deyil. Uşaqlar valideynləri və ya qanuni qəyyumlarının açıq icazəsi olmadan fərdi müəyyən edə bilən məlumatları Novo Nordisk-ə təqdim ETMƏMƏLİDİRLƏR.

Uyğun olduğu təqdirdə uşaqlara şəxsi məlumat verməməklərini təlimatlandıracıyıq. Övladınız şəxsi məlumat təqdim edibsə və bu məlumatın silinməsini tələb etmək istəyirsinizsə, xahiş edirik əlaqə saxlayın: privacy@novonordisk.com.

Bu veb saytda fərdi məlumatlar yalnız tələb olunan dərəcədə toplanılır. Toplanan məlumatlar heç bir halda üçüncü tərəflərə hər hansı bir səbəbdən satılmır.

Topladığımız hər hansı bir fərdi məlumat beynəlxalq səviyyədə Novo Nordisk-in qlobal təşkilatı daxilində köçürülə bilər. Novo Nordisk-də məlumatlarınızın harada yerləşməsinnən asılı olmayaraq müvafiq qoruma səviyyəsini təmin etmək üçün daxili siyasətimiz mövcuddur. 

Şəxsi məlumatların qorunması ilə bağlı mövqeyimiz haqqında daha çox məlumat əldə edin.

Biz ümumiyyətlə məlumatı yalnız müqaviləli xidmət təminatçılarımız və məsləhətçilərimizlə bölüşəcəyik. Lakin, qanuni öhdəliklərə riayət etmək, Novo Nordisk-in, işçilərin və digərlərinin hüquqlarını, mülkiyyətini və təhlükəsizliyini qorumaq üçün və ya iş ya da əmlakın bir hissəsini satdığımız və ya ləğv etdiyimiz halda şəxsi məlumatlar paylaşıla bilər. Bu cür paylaşımlar məlumat məxfiliyi qanununa uyğun olacaq.

8.1 Məlumatların qorunması qaydalarına görə aşağıdakı hüquqlara sahibsiniz. Bu hüquqlardan istifadə etmək üçün privacy@novonordisk.com üzərindən Novo Nordisk ilə əlaqə saxlayın.

  • Sizin haqqınızda hansı şəxsi məlumatlarımız olduğuna dair ümumi məlumat əldə edə bilərsiniz;
  • Şəxsi məlumatlarınızın bir nüsxəsini strukturlaşdırılmış, ümumi-işlək və maşın oxunaqlı bir formatda əldə edə bilərsiniz;
  • Şəxsi məlumatlarınızda yenilənmə və ya düzəliş etdirə bilərsiniz;
  • Şəxsi məlumatlarınızı sildirə və ya məhv etdirə bilərsiniz;  
  • Şəxsi məlumatlarınızın emalını dayandıra və ya məhdudlaşdıra bilərsiniz; 
  • Şəxsi məlumatlarınızı işlətməyimiz üçün razılıq vermisinizsə, istədiyiniz zaman razılığınızı geri götürə bilərsiniz. Razılığınızı dayandırmağınız əvvəl həyata keçirilmiş əməliyyatın qanuni olmasına təsir etməyəcəkdir;
  • Şəxsi məlumatlarınızı necə emal etdiyimizə dair Data Qoruma Təşkilatına şikayət göndərə bilərsiniz. 

Mövcud qanunvericiliyə görə, bu hüquqlara emal fəaliyyətinin xüsusi mərhələlərindən asılı olaraq məhdudiyyətlər ola bilər.

Bu hüquqlarla əlaqəli suallarınız və ya istəklərinizi ünvanlamaq üçün yuxarıdaki e-poçt yolu ilə bizimlə əlaqə saxlayın.

Kukilərdən istifadə qaydalarımız barədə Kuki Siyasətimizdən daha çox məlumat əldə edə bilərsiniz.

Məlumat məqsədləri

Novo Nordisk veb saytına təqdim olunan məzmun yalnız məlumat məqsədli təqdim olunur. Sayt sizə hər hansı bir məsləhət və ya tövsiyə vermir və hər hansı bir qərar və ya hərəkət üçün əsas gətirilməməlidir. Məzmunların hər hansı bir aspektinin tətbiq oluna bilməsi ilə əlaqədar müvafiq sahənin peşəkar məsləhətçilərə müraciət edin. Xüsusilə bu veb saytdakı heç bir şey Novo Nordisk qiymətli kağızlarına sərmaye qoymaq və ya məşğul olmaq üçün təşəbbüs təşkil etmir. Əlavə olaraq, sayt xəstəliklər və onların müalicəsi barədə seçilmiş məlumatlar təqdim edir. Belə məlumatlar tibbi məsləhət kimi nəzərdə tutulmayıb. Onlar tibb işçisinin məsləhətlərini əvəz edə bilməz. Hər hansı bir sağlamlıq probleminiz varsa və ya ondan şübhələnirsinizsə, həkiminizə və ya digər ixtisaslı səhiyyə strukturuna müraciət etməlisiniz.

 

Məlumat “olduğu kimi” verilir

Bu veb saytdakı məlumatlar “olduğu kimi” verilir və. Bu veb saytdan istifadə edərək, məlumatların natamam və ya çatışmaz olması və ya ehtiyaclarınıza ya da tələblərinizə cavab verməməsi riskini qəbul edirsiniz. 

 

İmtina edilmiş məsuliyyət

Nə Novo Nordisk, nə də məzmun təmin edənlərimiz bu sayta daxil olmağınızdan, daxil ola bilməməyinizdən və ya buradakı hər hansı bir məlumata etibar etməyinizdən yaranan hər hansı bir zərər və ya zədə üçün məsuliyyət daşımırlar. Novo Nordisk birbaşa, dolayı, təsadüfi, nəticəli, cəzalandırıcı və xüsusi ya da digər zərərlər, itirilmiş imkanlar, itirilmiş mənfəət və ya hər hansı digər zərər və ya zərərlər üçün hər hansı bir məsuliyyətdən imtina edir.

 

Digər saytlara linklər

Bu veb saytda Novo Nordisk-in olmayan və ya tərəfindən idarə olunmayan digər saytlara linklər mövcuddur; xahiş edirik nəzərə alasınız ki, bu saytların məxfilik siyasətindən cavabdeh deyilik və onlara nəzarət etmirik. Bu məxfilik bəyanatı yalnız bu saytda toplanan məlumatlara aiddir. Ziyarət etdiyiniz şəxsi məlumatlar toplayan hər bir saytın məxfilik bəyannamələrini oxumağınızı qətiyyətlə tövsiyə edirik. 

 

Bizə yönlənən saytlar

Novo Nordisk, Novo Nordisk saytlarına yönələn veb saytları təsdiqləmir. Novo Nordisk bu cür saytlardakı məzmun və ya istifadəçilərin bu saytlara təqdim edə biləcəyi məlumat üzərində nəzarətdən məsuliyyət daşımır. 

 

Dəyişikliklər

Novo Nordisk bu saytın tərkibini dəyişdirmək və ya silmək hüququnu özündə saxlayır və ya bu saytın yayımlanmasını istənilən vaxt öz qənaətinə görə məhdudlaşdıra bilər.

 

Müəllif hüquqları və məzmundan istifadə

Bu veb saytın məzmunu Novo Nordisk-in mülkiyyətidir və müəllif hüquqları qanunları ilə qorunur. Bu saytdakı ticarət nişanları, xidmət markaları, ticarət adları, loqotiplər və məhsullar dünya miqyasında qorunur və Novo Nordisk-in əvvəlcədən yazılı razılığı olmadan bunların heç birindən istifadə edilə bilməz. Bu veb saytın məzmununu yalnız şəxsi və qeyri-kommmersiya məqsədləriniz üçün yükləyə bilərsiniz. Məzmunun dəyişdirilməsinə və ya çoxaldılmasına icazə verilmir. Məzmun başqa bir şəkildə kopyalana və istifadə edilə bilməz.

 

Suallar və şərhlərdən istifadə

Bu sayta və ya başqa bir şəkildə Novo Nordisk-ə elektron ya da digər yollarla yönəldə biləcəyiniz fikir, ixtira, konsept, texnika və ya necə edilməli olduğunu bildiyiniz şeylər daxil olmaqla hər hansı bir sualınız, şərhiniz, təklifiniz məxfi olmayan əsasdır və Novo Nordiskin mülkiyyətinə çevriləcəkdir, hansı ki Novo Nordisk heç bir məhdudlaşdırma olmadan malların və ya xidmətlərin hazırlanması, istehsalı, və/və ya marketinqi daxil olmaqla istənilən şəkildə ya məqsədlə istifadə edə bilər.

 

İdarəetmə hüququ

Bu veb sayta və buradakı məzmuna girişiniz və istifadəniz Azərbaycan qanunları-a uyğun olaraq idarə və şərh olunur.

Bu məxfilik, kukilər və qanuni imtina ilə bağlı hər hansı bir sualınız varsa, haqqınızdakı şəxsi məlumatlardan xəbərdar olmaq istəyirsinizsə və ya Novo Nordisk-in şəxsi məlumatlardan istifadəsi ilə bağlı narahatçılığınız varsa, bizə müraciət edin: privacy@novonordisk.com