1.1. Saytın materiallarından istifadə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənir.

1.2. Saytın Administrasiyası istənilən vaxt bu Razılaşmanın şərtlərini birtərəfli qaydada dəyişdirə bilər. Bu cür dəyişikliklər Razılaşmanın yeni versiyasının Saytda yerləşdirildiyi andan dərhal qüvvəyə minir. İstifadəçi edilmiş dəyişikliklərlə razılaşmadıqda, Sayta daxil olmaqdan imtina etməli, Saytın materiallarından istifadəni dayandırmalıdır.

Saytın məzmunu yalnız tanışlıq məqsədləri üçün təqdim edilmişdir. Bu saytın yaradılmasında məqsəd Novo Nordisk şirkətinin fəaliyyəti haqqında lazımi məlumatların verilməsi, eləcə də istifadəçilərin informasiya və təhsil tələbatlarının ödənilməsidir.

Saytda qeyd olunan məlumatlar heç bir məsləhət və ya tövsiyə ehtiva etmir və hər hansı bir qərarın qəbul edilməsi və ya hər hansı bir hərəkətin həyata keçirilməsi üçün əsas olmamalıdır. Bu saytda təsvir olunan hər hansı məlumatın təcrübədə tətbiqi ilə bağlı müvafiq sahə üzrə mütəxəssislərə məsləhət almaq üçün müraciət etmək lazımdır. Sayt yalnız müxtəlif xəstəliklər və onların müalicəsi üsulları haqqında seçilmiş məlumatları təqdim edir. Bu məlumatlara tibbi tövsiyə kimi baxılmamalıdır. Azərbaycan Respublikasının ərazisində istənilən preparatın istifadəsi barədə rəsmi məlumat, preparatın qablaşdırılmasında olan tibbi istifadə təlimatında əks olunur.

Bu Saytda əks olunan məlumat tibbi məlumat deyil və müalicə həkiminin məsləhətlərini əvəz etmir. Bu məlumatdan, pasientlər tərəfindən həmin məhsulların istehlakı ilə bağlı qərar qəbul etmək üçün istifadə oluna bilməz. Bu məlumatda heç nə, təsvir edilən məhsulları müstəqil şəkildə əldə etmək və ya onlardan istifadə etmək çağırışı kimi şərh edilməməlidir.

Novo Nordisk A.S. şirkətinə qarşı Saytda yerləşdirilən, xəstəliklərin yanlış diaqnostikası və medikamentoz müalicəsinə gətirib çıxaran məlumatdan istifadə edilməsi, həmçinin Saytda təsvir edilən məhsullardan düzgün istifadə edilməməsi nəticəsində dəyən hər hansı zərər və ya ziyanla bağlı iddialar irəli sürülə bilməz.

Saytdakı məlumat heç bir şərhə məruz qalmamalı və dərc olunduğu formada qəbul edilməlidir. Novo Nordisk şirkəti heç bir açıq və ya dolayı təminat və ya zəmanət, xüsusilə də məhsulun keyfiyyəti və xüsusi məqsəd üçün istifadə edilə bilməsi ilə bağlı zəmanət vermir. Novo Nordisk şirkəti Saytdakı məlumatın tamlığı, düzgünlüyü, dəqiqliyi və əlçatanlığı və onun tətbiq olunan qanunlara uyğunluğuna dair heç bir təminat və zəmanət vermir. Bu Saytdan istifadə etməklə Siz üzərinizə, məlumatın natamam, qeyri-dəqiq və ya Sizin tələblərə uyğun olmamaq riskini götürmüş olursunuz.

Novo Nordisk şirkəti Sizin Sayta daxil olmağınız nəticəsində yaranan hər hansı zərərə görə və ya bu Saytda göstərilən məlumatı rəhbər tutduğunuza görə məsuliyyət daşımır. Novo Nordisk şirkəti Saytdan istifadə ilə əlaqədar yaranan birbaşa və dolayı zərərin, həmçinin cərimə sanksiyalarının, eləcə də digər zərərin, o cümlədən əldə çıxmış imkanların və ya digər itkilərin və istənilən növ zərərin ödənilməsi ilə bağlı heç bir öhdəliyi öz üzərinə götürmür. Bu məhdudiyyət Sizin avadanlığınıza mənfi təsir göstərə biləcək kompüter virusları ilə bağlı zərərləri daxil edir.

Başqa saytlarda olduğu kimi, Saytımız Sizin üstünlüklərinizin qorunub saxlanılması məqsədilə Saytımızdan istifadə haqqında məlumatın toplanılması üçün “kukiz” adlanan standart texnologiyadan istifadə edə bilər. Kukiz vasitəsilə biz Sizin fərdi məlumatlarınıza çıxış əldə edə bilmirik. Kukiz Sayta istifadəçinin internet brauzerini tanımasına kömək etmək və beləliklə, Sayta baxarkən istifadəçinin istənilən üstünlüklərini qorumaq və yadda saxlamaq üçün nəzərdə tutulmuşdur. Kukiz, cihazınızdan heç bir digər məlumatlar əldə edə bilmir, həmçinin kompüter virusunu ötürə bilmir.

Kukiz istifadəçinin şifrəsini təhlükəsiz saxlaya, ilk səhifələri fərdiləşdirə, saytın hansı bölmələrinə daxil olunduğunu müəyyən edə və ya seçmələri izləyə bilər. Kukiz, Saytımızdan domeninizin adını əldə edə bilər və səhifələrimiz vasitəsilə seçmələrinizi izləyə bilər. Biz kukizdən yalnız bizim Məxfilik siyasətində göstərilən məlumatların toplanılması и в соответствии с Fərdi məlumatların işlənilməsi Qaydalarına uyğun olaraq istifadə edirik.

Siz istənilən vaxt kukizi silə bilərsiniz. Daha ətraflı məlumat üçün, İnternet-brauzerinizin dəstəyi üçün texniki dəstək xidmətinə müraciət edin.

Digər kənar internet resurslarına bütün istinadlar, yalnız əlavə kontentin axtarışını asanlaşdırmaq üçün təklif olunur. Novo Nordisk şirkəti bu cür internet resurslarının məzmunu və ya fəaliyyətinə görə məsuliyyət daşımır və onlara nəzarət etmir, həmçinin bu cür internet resurslarının məzmunu və ya fəaliyyəti ilə əlaqədar yaranan hər hansı zərər və ya ziyana görə məsuliyyət daşımır.

Bu saytın məzmunu Novo Nordisk şirkətinin mülkiyyətidir və müəlliflik hüququ ilə qorunur. Bu saytda təqdim olunan ticarət nişanları, xidmət nişanları, firma adları, loqotiplər və məhsullar bütün dünyada qorunur və onlardan hər hansı istifadə Novo Nordisk şirkətinin əvvəlcədən əldə edilmiş yazılı razılığını tələb edir. Bu saytın məzmununu yalnız şəxsi və qeyri-kommersiya istifadəsi üçün köçürə və ya saxlaya bilərsiniz. Məzmunun istənilən dəyişikliyi və ya onun sonradan təkrar dərc edilməsi qadağandır. Məzmun hər hansı digər şəkildə köçürülə və ondan digər məqsədlər üçün istifadə edilə bilməz.

8.1. İstifadəçi, əqli mülkiyyət, müəlliflik və/və ya əlaqəli hüquqlar sahəsi daxil olmaqla, tətbiq olunan qanunvericiliyi və ya beynəlxalq hüquq normalarını pozan hərəkətlər kimi qiymətləndirilə bilən hərəkətləri, həmçinin Saytın normal fəaliyyətinin pozulmasına gətirib çıxaran və ya çıxara bilən hər hansı hərəkətləri etməməyə razılaşır.

8.2. İstifadəçinin Saytda yazdığı şərhlər və digər qeydlər tətbiq olunan qanunvericiliyin tələbləri, əxlaq və mənəviyyata aid ümumi qəbul edilmiş normalar ilə ziddiyyət təşkil etməməlidir və Saytın Administrasiyası İstifadəçinin bu cür hərəkətinə görə məsuliyyət daşımır.

8.3. İstifadəçiyə xəbərdarlıq edilmişdir ki, Saytın Administrasiyası istinadları Saytda yerləşdirilən kənar internet resurslarına daxil olunması və onlardan istifadə edilməsinə görə məsuliyyət daşımır.

8.4. İstifadəçi razılaşır ki, Saytın Administrasiyası Saytın istənilən məzmunu ilə əlaqədar olan hər hansı mümkün və ya yaranan itki və ya zərərlərlə bağlı İstifadəçi qarşısında məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəlikləri yoxdur.

9.1. Bu Razılaşmadan irəli gələn və ya onunla bağlı olan bütün mümkün mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.

9.2. İstifadəçi, bu Razılaşmanın bütün bəndləri ilə tanış olduğunu və onları şərtsiz qəbul etdiyini təsdiq edir.

Your Career Guide