Kuki – veb sayta daxil olduqda veb sayt serverinin kompüterinizin brauzerində və ya mobil cihazınızda yerləşdirdiyi mətn sənədidir. Kuki özündə Novo Nordisk-ə veb saytımıza səfər zamanı (“sessiya” kukisi adlanır) və ya daha sonra təkrar ziyarətlərinizdə (“davamlı” kuki adlanır) brauzerinizi tanımağa imkan verən unikal kod saxlayır. Hər kuki veb brauzerinizə xasdır. Kukilər ziyarət etdiyiniz veb saytın serveri və ya veb saytla əməkdaşlıq edən partnyorlar tərəfindən yerləşdirilə bilər, bunlar “üçüncü tərəf kukiləri” adlanır. 

Kukilər ümumiyyətlə istifadəçi ilə veb sayt arasındakı qarşılıqlı əlaqəni daha asan və daha sürətli edir və istifadəçinin veb saytın müxtəlif hissələri arasında hərəkət etməsinə kömək edir. Kukilərdən həm də veb saytdakı məzmunu ziyarətçi üçün daha uyğun etmək, şəxsi zövqlərinə və ehtiyaclarına uyğunlaşdırmaq üçün istifadə edilə bilər. 

novonordisk.az -ın sahibi

Novo Nordisk Azerbaijan
Demirchi Tower, 6th floor
37 Khojali ave.
AZ1025 Baku, Azerbaijan
Phone: +994 12 404 76 96
Mail: nnazerbaijan@novonordisk.com

Novo Nordisk seçimlərinizi saxlayaraq veb saytın funksionallığını artırmaq üçün kukilərdən istifadə edir. novonordisk.az -da Novo Nordisk lazımlı, funksional/üstünlük, statistik və marketinq kukilərindən istifadə edir.

Lazımlı kukilər

Bu kukilər saytı ziyarət etmək və müəyyən hissələrdən istifadə etmək üçün vacibdir. Bu kukiləri rədd etsəniz veb saytın bəzi xüsusiyyətləri düzgün işləməyəcəkdir. 

Funksional/Üstünlük kukilər(i)

Funksional/Üstünlük kukilər(i) veb saytın işini asanlaşdıran və ziyarətçilər üçün daha xoş hala gətirən kukilərdir. Daha fərdi baxış təcrübəsi təmin edirlər. Məsələn: dil seçiminizi xatırlayan kukilər.

Analitik/Statistik kukilər

Məzmunu yaxşılaşdırmaq, ziyarətçilərin istəklərinə uyğunlaşdırmaq və xidmət qabiliyyətini artırmaq məqsədi ilə veb saytımızın istifadəsi barədə məlumat toplamaq üçün analitik çərəzlərdən istifadə edirik.

Marketinq kukiləri

Bunlar sizə fərdi və daha uyğun reklamlar təqdim etmək, müəyyən bir reklamın neçə dəfə göstərildiyini təyin etmək, müəyyən bir reklam kampaniyasının effektivliyini hesablamaq, əvvəlki ziyarətlər haqqında məlumatları izləmək və toplanan məlumatları reklamverənlər kimi üçüncü tərəflə bölüşmək üçün istifadə etdiyimiz çərəzlərdir. Bunlar veb saytda istifadə olunur və üçüncü tərəflər tərəfindən cihazınıza yerləşdirilir.

novonordisk.az -da statistik, funksional, və marketinq kukilərinin istifadəsi istifadəçinin razılığını tələb edir. İstifadəçi istənilən vaxt kukilərdən istifadə etmək barədə razılığını geri götürə bilər. Kukilərin idarə edilməsi və çərəzlərin silinməsi haqqında məlumat üçün bu Kuki Siyasətinin 5-ci hissəsinə baxın.

Novo Nordisk istifadəçi brauzerində Novo Nordisk olmayan üçüncü tərəf tərəfindən yerləşdirilən kukilərdən istifadə edə bilər. Üçüncü tərəf kukilərindən toplanan məlumatlar Novo Nordisk ilə paylaşılmır, ancaq üçüncü tərəf öz məqsədləri üçün toplayacaq və istifadə edəcəkdir. Novo Nordisk veb saytda məsələn, YouTube kimi veb saytlardan foto və video məzmunu yerləşdirə bilər. Nəticədə siz başqa saytlardan məzmun yerləşdirilmiş Novo Nordisk veb saytını ziyarət edəndə, sizə həmin veb saytlardan kukilər təqdim oluna bilər. Novo Nordisk bu kukilərin yayılmasına nəzarət etmir. Kukilərinin istifadəsi barədə daha çox məlumat üçün uyğun üçüncü tərəfin veb saytını yoxlamalısınız.

Veb saytlarımızda istifadəçilərin bir sıra popular social şəbəkələr vasitəsilə məlumatları asanlıqla dostları ilə bölüşməsini təmin etmək üçün “paylaş” düyməsi yerləşdirilmişdir. Həmçinin bu saytların xidmətlərinə daxil olmusunuzsa, bu saytlar sizə kuki təyin edə bilər. Novo Nordisk bu kukilərin yayılmasına nəzarət etmir və siz kukilərin istifadəsi barədə daha çox məlumat üçün uyğun üçüncü tərəfin veb saytını yoxlamalısınız.

Novo Nordisk novonordisk.az -da kuki bannerində ətraflı təsvir olunan çərəzlərdən istifadə edir. Kuki bannerində kukinin adı, kukini təyin edən, kukilərin təsviri və kukinin bitmə vaxtı barədə məlumat tapa bilərsiniz.

Kukilərin cihazınıza yerləşdirilməsinə icazə verdiyinizi və ya müəyyən növ kukilərin istifadəsini dayandırmaq istədiyinizi bildirməlisiniz. Bəzi kukilərin istifadəsini qəbul etməsəniz, saytın bəzi xüsusiyyətləri işləməyə bilər və ya veb saytlarda müəyyən xidmətlərdən istifadə edə bilməyəcəksiniz. 

Kukilərin istifadəsini məhdudlaşdırmaq və ya bloklamaq istəyirsinizsə, seçimlərinizi veb saytda göstərilən kuki bannerində bildirməlisiniz. Həmçinin, brauzerinizin parametrləri ilə kukilərin istifadəsini məhdudlaşdıra bilərsiniz. Brauzerinizdəki Kömək funksiyası sizə necə ediləcəyini izah etməlidir.

Alternativ olaraq, bunun müxtəlif brauzerlərdə necə ediləcəyi barədə hərtərəfli məlumatı www.aboutcookies.org saytını ziyarət edərək öyrənə bilərsiniz. Kukilərlə bağlı ümumi məlumatla yanaşı, kompüterinizdən kukilərin necə silinməsini saytdan öyrənə bilərsiniz. Bunun mobil telefon brauzerində necə edə biləcəyiniz barədə məlumat üçün telefonunuzun təlimatına baxmalısınız.

Unutmayın ki, kukilərin məhdudlaşdırılması novonordisk.az -un işləkliyinə təsir edə bilər. 

Veb saytımızı ziyarət edərkən sizdən avtomatik olaraq kompüteriniz, yerləşdiyi yer və uyğundursa, gəldiyiniz veb sayt haqqında ümumi məlumat toplayırıq. Bu məlumatlar sizi bir fərd kimi müəyyən etmək üçün istifadə edilə bilməz. Bu məlumatlar ziyarətçilərimizin haradan gəldiklərini, nələrə baxdıqlarını, nədə hərəkət etdiklərini və ən çox harada vaxt keçirildiyini bizə bildirmək üçün yalnız ümumi şəkildə istifadə olunur. 

Sizdən fərd olaraq şəxsiyyətinizi müəyyənləşdirəcək hər hansı məlumat istədikdə, razılığınızı istəyəcəyik və həmişə məlumatı niyə yığdığımız, necə yığdığımız, necə saxlayacağımız, necə davranacağımız və istifadə edəcəyimiz haqqında izah verəcəyik.

Biz yalnız toplama prosesi zamanı bildirilən məqsəd üçün fərdi müəyyən edə bilən məlumatları toplayıb saxlayacağıq. Məlumatlarınızı bildirilən məqsəd üçün emal etməyi bitirdikdə, məxfiliyinizi təmin etmək üçün onları silib məhv edəcəyik.

Bəzi məlumatlar qanuni marağımıza və a/ə əsaslanan kukilərin istifadəsi ilə toplanılır.

Fərdi məlumatları müəyyən məqsədlər üçün toplamağa istifadə olunan hər bir kuki növlərindən Novo Nordisk yalnız kuki bannerində razılığı verdiyiniz xüsusi məqsədlər üçün olan kukilər vasitəsilə toplanan şəxsi məlumatları emal edəcəkdir.

Bütün şəxsi məlumatlarınıza etibarlı şəkildə davranılacaq və yalnız yuxarıda göstərilən məqsədlərə uyğun istifadə ediləcəkdir.

Novo Nordisk üçün tərəf xidməti qəbul edə bilər, bu zaman onlar sizin şəxsi məlumatlarınıza daxil ola və işləyə bilərlər və biz şəxsi məlumatlarınızı digər Novo Nordisk qrup şəxslərinə ötürə bilərik. 

Üçüncü tərəf şəxsi məlumatlarınızı AB/AİB xaricində emal edərsə, bu, AB Komissiyasının Standard Müqavilə bəndlərinə əsasən həyata keçiriləcək və AB/AİB xaricindəki digər Novo Nordisk qrup şəxslərinə ötürülmə isə Novo Nordisk-in İcbari Korporativ Qaydalarına əsaslanacaqdır, buradan tapa bilərsiniz. 

Məlumatların qorunması qaydalarına görə aşağıdakı hüquqlara sahibsiniz. Bu hüquqlardan istifadə etmək üçün privacy@novonordisk.com üzərindən Novo Nordisk ilə əlaqə saxlayın. 

  • Sizin haqqınızda hansı şəxsi məlumatlarımız olduğuna dair ümumi məlumat əldə edə bilərsiniz;
  • Şəxsi məlumatlarınızın bir nüsxəsini strukturlaşdırılmış, ümumi-işlək və maşın oxunaqlı bir formatda əldə edə bilərsiniz;
  • Şəxsi məlumatlarınızda yenilənmə və ya düzəliş etdirə bilərsiniz;
  • Şəxsi məlumatlarınızı sildirə və ya məhv etdirə bilərsiniz;  
  • Şəxsi məlumatlarınızın emalını dayandıra və ya məhdudlaşdıra bilərsiniz; 
  • Şəxsi məlumatlarınızı işlətməyimiz üçün razılıq vermisinizsə, istədiyiniz zaman razılığınızı geri götürə bilərsiniz. Razılığınızı dayandırmağınız əvvəl həyata keçirilmiş əməliyyatın qanuni olmasına təsir etməyəcəkdir;
  • Şəxsi məlumatlarınızı necə emal etdiyimizə dair Data Qoruma Təşkilatına şikayət göndərə bilərsiniz. 

Mövcud qanunvericiliyə görə, bu hüquqlara emal fəaliyyətinin xüsusi mərhələlərindən asılı olaraq məhdudiyyətlər ola bilər. Bu hüquqlarla əlaqəli suallarınız və ya istəklərinizlə bağlı Bölmə 1-də göstərildiyi kimi bizimlə əlaqə saxlayın. 

Şəxsi məlumatların qorunması ilə bağlı mövqeyimiz haqqında daha çox məlumat əldə edin.