Sizin şəxsi məlumatınızın emalı üzrə məsuliyyət daşıyan şirkət aşağıda qeyd olunub:

Novo Nordisk A/S
Novo Allé
2880 Bagsværd
CVR (Şirkətlərin mərkəzi reyestri) nömrəsi 24256790
+45 4444 8888
privacy@novonordisk.com

Siz həmişə şəxsi məlumatınızın tərəfimizdən necə emal edilməsi ilə bağlı suallar və ya sizin narahat edən məsələlərlə bağlı Novo Nordisk şirkəti və ya Novo Nordisk şirkətinin Məlumatların Məxfiliyi üzrə mütəxəssisi ilə privacy@novonordisk.com  elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bu Məxfilik Bəyanatında Novo Nordisk A/S və ya onun filiallarının birində iş axtarışı və iş üzrə müraciətinizlə bağlı onlayn işəgötürmə sistemi vasitəsilə topladığımız bütün məlumatlarla əlaqəli Novo Nordisk şirkətindəki təcrübələr təsvir olunur.

Xahiş olunur bu bəyanatı diqqətlə oxuyun və aşağıdakı qəbul düyməsinə klikləməklə (“Mən yuxarıdakı şərtləri anlayıram və onları qəbul edirəm”) onun şərtlərini qəbul etdiyinizi bildirin. Tərəfimizdən şəxsi məlumatınızın emalı aşağıda qəbul düyməsinə kliklədiyiniz zaman verdiyiniz razılığa əsaslanır.

Novo Nordisk işəgötürmə prosesi çərçivəsində tərəfinizdən təqdim edilmiş şəxsi məlumatları toplayır. Şəxsi məlumatlar Polşadakı verilənlər bazasında xarici virtual serverdə saxlanılır.

Bundan əlavə,şəxsi məlumatlarınız, zərurət olduğu təqdirdə, aşağıdakı məqsədlər üçün məhsul və xidmətləri təmin edən üçüncü tərəflərə (Novo Nordisk şirkətinə perspektiv işçiləri nəzərdən keçirməyə və onlardan müsahibə almağa yardım edən agentiliklər kimi), İT sisteminin təchizatçılarına, habelə qanunvericilik tərəfindən tələb olunduqda tənzimləyici səlahiyyətli orqanlara təqdim oluna bilər.

Şəxsi məlumatlar, həmçinin, manual formada, habelə daxili kompüter sistemlərimizdə saxlanılır. Şəxsi məlumata tərəfinizdən təqdim olunmuş bütün informasiya daxildir.

Şəxsi məlumatlarınız işəgötürmə məqsədləri üçün istifadə olunacaq və bu baxımdan şəxsi məlumatlarınız yaşadığınız ölkədən fərqli ölkədə yerləşən Novo Nordisk şirkətinin filiallarına ötürülə bilər. Şəxsi məlumatlar yalnız aşağıda təsvir edilmiş qaydada qiymətləndiriləcəkdir.

Yuxarıdakı 3-cü bölmədə təsvir olunmuş mqəsədlər üçün biz aşağıdakı şəxsi məlumat növlərini emal edə bilərik:

  • Əlaqə məlumatı (ad, elektron poçt ünvanı, ölkə)
  • Peşəkar təcrübə illəri
  • Maraq sahələri/yerləri

Novo Nordisk şirkəti işəgötürmə prosesində cinsindən asılı olmayaraq bütün namizədlər üçün bərabər imkanlar təmin edir və işəgötürülmə ilə bağlı bütün qərarlar sırf bacarıq və kvalifikaisyalar əsasında qəbul olunur. Nəticə etibarilə siz irqiniz və ya etnik mənşəyiniz, dininiz və ya inancınız, siyası baxışınız və ya cinsi orientasiyanız və ya həmkarlar ittifaqında üzvlüyünüz haqqında informasiyanı daxil etməməlisiniz. Xahiş olunur sosial sığorta nömrənizi daxil etməyin.

Sizdən bizə şəxsi məlumatlarınızı təqdim etmək tələb olunmur. Buna baxmayaraq, şəxsi məlumatlarınızı təqdim etməsəniz, İş Agentindəki profilinizi qeydiyyatdan keçirmək mümkün olmayacaqdır.

Şəxsi məlumatlarınız yalnız aşağıdakı hallarda açıqlanacaqdlr:

Şəxsi məlumatlar yuxarıda qeyd olunmuş məqsədlər üçün tələb olunan dərəcədə Novo Nordisk şirkətinin dünya üzrə filiallarına, o, cümlədən Avropa İttifaqı xaricində olan və qanunları yaşadığınız ölkənin məlumatların məxfiliyi və qorunması haqqında qanunlarından fərqli ola bilən ölkələrdə yerləşən filiallara açıqlanacaqdır. 

Şəxsi məlumatlar qanunvericlik tərəfindən icazə verilən və tələb olunan qaydada dövlət orqanları və hüquq mühafizə orqanlarına açıqlana bilər. 

Biz qanunvericilik tərəfindən tələb olunduğu kimi belə bir məlumatların ötürülməsi halında məlumatların hansı ölkəyə ötürülməsindən asılı olaraq şəxsi məlumatlarınızı qorumaq üçün aşağıdakı məlumatları mühafizə tədbirlərindən istifadə edirik:

  • Məlumat  https://www.novonordisk.com/about-novo-nordisk/corporate-governance/personal-data-protection.html  səhifəsində yerləşdirilmiş Novo Nordisk şirkətinin İcbari Korporativ Qaydaları ilə əhatə olunan Novo Nordisk müəssisəsinə ötürülür.
  • Avropa Komissiyası Məlumatın ötürüldüyü təyinat ölkələrində şəxsi məlumatların adekvat səviyyədə mühafizə olunmasını ehtimal edir.
  • Biz Şəxsi Məlumatların Üçüncü Ölkələrə Ötürülməsi üzrə Aİ Komissiyalarının Standart Müqavilə Müddəalarını qəbul etmişik. Siz 1-ci Bölümdə təsvir olunduğu kimi bizimlə əlaqə saxlamaqla Müddəaların nüsxəsini əldə edə bilərsiniz;

Biz sizdən dəqiq və yeni informasiyanı təqdim etməyi xahiş edir və sizi şəxsi məlumatlarınızı müntəzəm olaraq yeniləməyə dəvət edirik. Siz İş Agenti xidmətini istənilən vaxt nəzərdən keçirə, dəyişə və ya abunənizi ləğv edə bilərsiniz.

Novo Nordisk şirkəti qeyri-aktiv olan (elektron məktublar vasitəsilə kliklər yoxdur) İş Agenti abunəçilərinin informasiyasını 3 ildən sonra silir.

Siz bizim haqqınızda saxladığımız və emal etdiyimiz şəxsi məlumatlar barədə əlavə informasiyanı əldə edə bilərsiniz və tətbiq olunan qanunvericiliyə əsasən belə bir hüququnuz olduğu halda və həddə siz şəxsi məlumatlarınızın bir nüsxəsini strukturlaşdırılmış, ümumi qaydada istifadə olunan və cihazla oxunula bilən formatda əldə edə bilərsiniz. Əlavə olaraq siz şəxsi məlumatlarınızın emal olunmasına etiraz edə bilərsiniz və ya şəxsi məlunatlarınıza düzəliş edilməsini tələb edəb bilərsiniz. Bundan əlavə siz istənilən vaxt tərəfimizdən şəxsi məlumatınızın emal edilməsinə razılığınızı geri götürə bilərsiniz.

Əgər bir və ya bir neçə hüquqlarınızdan istifadə etmək istəyirsinizsə xahiş olunur aşağıdakı məlumatdan istifadə edərək bizimlə əlaqə saxlayasınız.

Əgər tərəfimizdən şəxsi məlumatlarınızın emalı haqqında hər hansı bir şikayətiniz olarsa siz ölkənizdəki Məlumatları Mühafizə Agentliyi ilə əlaqə saxlaya bilərsiniz, məsələn Danimarka vətəndaşı olduğunuz təqdirdə bu Danimarkanın Məlumatları Mühafizə Agentliyi olacaqdır.

Şəxsi məlumatlarınız daxili məqsədlər üçün anonim xarakter daşıyan statistikada istifadə oluna bilər və belə olan halda informasiyadan kollektiv şəkildə istifadə olunacaqdır. Bütün şəxsi məlumatlar anonimləşdiriləcəkdir.