Biz əsası 1923-cü ildə qoyulmuş və mənzil qərargahı Danimarkanın Kopenhagen şəhərinin yaxınlığında yerləşən qlobal səhiyyə şirkətiyik.

Məqsədimiz diabeti və piylənməni və nadir qan və endokrin xəstəlikləri kimi digər ciddi xroniki xəstəlikləri məğlub emtək üçün dəyişikliklərin təşəbbüskarı olmaqdan ibarətdir.

Biz bunu elmdə inqilabi irəliləyişləri təşviq edərək, dərman preparatlarımıza çıxışı genişləndirərək və müalicə etdiyimiz xəstəliklərin qarşısını almaq və nəyahət onları tamamilə sağaltmaq üçün işləyərək edirik.

Bizim dünya üzrə fəaliyyət göstərən 80 nümayəndəliyimizdə 47000 nəfər işçimiz var və biz 168 ölkədə məhsullarımızı bazara çıxarırıq.

Biz ciddi xroniki xəstəlikdən əziyyət çəkən insanlar üçün daha yaxşı müalicəni kəşf etmək məqsədilə ümumi amal ətrafında birləşən elmi əsaslı əczaçılıq şirkətiyik. 

Bizim sənayeminiz dinamikdir. Müalicə etdiyimiz xəstəliklərin və onlarla yaşayan insanların elmi anlayışı günü gündən təkmilləşir. Bu bizi bu gün olduğumuz yerə gətirən amillərin zəruri olaraq bizi gələcəkdə müvəffəqiyyətli etməyəcəyinə dair daimi xatırlatmadır. 

Biz əməkdaş olaraq eksperimentləri qəbul etmək və bir çox perspektivlərin nəzərə alınmasını təmin etməklə daha yaxşı qərarların qəbul edilməsinə kömək etmək üçün çoxşaxəlik və inklüzivliyə səy göstərmək ehtiyacını dərk edirik.

Biz birlikdə həyatları dəyişirik.

Biz şirkətimizin uğurunun tip 2 diabet və piylənmə kimi ciddi xroniki xəstəliklərdən əziyyət çəkən insanların sayının davamlı artması ilə müəyyən olumasına imkan verməyəcəyik.

Biz xroniki xəstəlikdən əziyyət çəkən insanların əzab və iztirablarına sevinmirik. Bəzi ölkələrdə tibbi müalicənin təmin olunması və ona çıxışın verilməsi üçün maliyyə yükü insanları ciddi ağırlaşmalar riski ilə baş-başa qoyur.

Biz cəmiyyətlərə diabeti məğlub etmək üçün kömək etməyə sadiqik və bizim strategiyamız çox aydındır – tip 2 diabetin və piylənmənin profilaktikasının sürətləndirilməsi və hər bir ölkədə aztəminatlı xəstələrin əlçatan müalicəyə çıxışının təmin edilməsi.

Bizim uğurumuz bizim gətirdiyimiz həllər və onlardan faydalanın insanların və icmaların sağlamlığı və rifahı ilə müəyyən olunacaq.

Diabeti məğlub etmək strategiyamız haqqında daha ətraflı öyrənin .

Biz bütün qlobal istehsal müəssisələrimizdə 100% bərpa olunan enerjidən istifadə edən ilk əczaçılıq şirkətiyik. Biz bununla qürur duyuruq, lakin bundan da artığını etməyə həvəsliyik.  

Bizim Sıfır Tullantılar üçün Məhsullardan Təkrar İstifadə strategiyamızla biz biznes fəaliyyətlərimizdə ekologiya üzərində sıfır mənfi təsirə malik olmaq üçün yolumuza başlamışıq.

Biz təchizat zənciri üzərindən ekologiyaya mənfi təsiri azaltmaq, bütün əməliyyat və daşımalarımızda atmosferə CO2 (karbon qazı) ifrazını dayandırmaq və tullantıları aradan qaldırmaq üçün məhsulun istifadə müddəti bitəndən sonra tullantı çağırışını həll etmək məqsədilə təchizatçılarımızla fəal şəkildə əməkdaşlıq edəcəyik.

Ekologiya üzərində sıfır mənfi təsirə malik olmaq üçünBizim səyahətimizi izləyin.

Biz əməkdaşlıq etmək və yeni dərman preparatlarının ixtirasını sürətləndirmək üçün aparıcı universitet və biotexniki şirkətlərlə əməkdaşlıq edirik.

Biz əlavə bacarıqlar və qarşılıqlı maraqlar ilə paylaşdığımız yeni tərəfdaşları daima axtarırıq və klinik öncəsi tədqiqatlar üçün yeni peptid və zülal analoqlarını və anticisimləri açıq şəkildə paylaşırıq.

Biz dünya miqyasında maraqlı və işini sevən alimlərə yüksək keyfiyyətli seçmə və yaxşı xarakterizə olunmuş preparatlara asan və azad çıxışı təklif edirik.

Bizim hekayəmiz öz başlanğıcını iki kanadalı alim tərəfindən kəşf edilmiş inqilabi yeni dərman preparatı olan insulin 1923-cü ildə iki kiçik danimarka şirkəti tərəfindən istehsal edilməyə başlayanda götürür.

1989-ci ildə nəhayət birləşməyə qərar verdikdə onlar Novo Nordisk şirkətini yaradırlar. Şirkət o vaxtdan bəri diabetin, piylənmənin, hemofiliyanın müalicəsi  və böyümə hormonun terapiyası üzrə aparıcı mövqeləri tutaraq sürətlə genişlənmişdir.

Novo Nordisk yolu tərəfimizdən qəbul edilən hər bir qərarın əsasında duran rəhbər prinsiplər dəstidir.  Burada bizim kim olduğumuz, necə işlədiyimiz və nəyə nail olmaq istədiyimiz təsvir olunur və şirkətimiz və əməkdaşlarımız üçün aydın istiqamət müəyyən olunur. Nəhayət, bu bizim bir–birimizə və dolğun və sağlam həyat yaşamaq üçün məhsullarımıza güvənən pasiyentə hər gün verdiyimiz vəddir.

1923-cü ildə Danimarkalı təsisçilər diabetin müalicəsində dəyişiklik etmək üçün səyahətə başladılar. Bu gün biz diabeti və digər xroniki xəstəlikləri məğlub etmək üçün yenikləri irəli aparmaq məqsədilə işə sevgisi, bacarıqları və sadiqliyi olan dünya miqyasında minlərlə işçidən ibarətik.

  • Bizim məqsədimiz özümüzün fəal olduğu bütün xəstəlik sahələrində aparıcı qüvvə olmaqdır.
  • Bizim əsas töhfəmiz innovativ bioloji dərmanları kəşf etmək və hazırlamaq və onları dünya miqyasında olan pasiyentlərə əlçatan etməkdir.
  • Biznesimizin böyüdülməsi və rəqabətçil maliyyə nəticələri bizə xəstələrimizə daha yaxşı həyat yaşamaq üçün kömək etməyə, maraqlı tərəflərimizə yatırdığı investisiyalardan cəlbedici gəlirlər götürməyə və icmalaramıza töhvə verməyə imkan verir.
  • Bizim biznes fəlsəfəmiz maliyyə, sosial və ekoloji mülahizələrin tarazlaşdırılmasından ibarətdir və biz onu 'Üçlü Yekun Nəticə adlandırırıq'.
  • Biz səmimi və dürüst, iddialı və məsuliyyətliyik və hər bir kəslə hörmətlə davranırıq.
  • Biz insanlara potensialını realizə etmək üçün fürsətlər təklif edirik.
  • Biz heç vaxt keyifyyət və biznes etikası ilə əlaqədar kompromislərə getmirik.

Hər gün biz pasiyentlər, əməkdaşlarımız və uzunmüddətli perspektivdə səhmdarlarımız üçün nəyin ən yaxşı olduğunu həmişə nəzərə alaraq çətin seçimlər etməliyik.

Bu bizim yolumuzdur. Bu Novo Nordisk Yoludur.

Novo Nordiskdə işləmək barədə daha ətraflı öyrənin.