Bizim sosial məsuliyyətimiz fərdi və ictimai sağlamlığın təkmilləşdirilməsi üçün mühüm sayılan üç sahədə yeni uzunmüddətli hədəfləri ortaya qoyur:

  • 2-ci tip diabetin və piylənmənin baş qaldırmasının qarşısının alınması.
  • Hər bir ölkədə aztəminatlı xəstələrə əlçatan müalicəyə çıxışın təmin olunması.
  • İnsan həyatlarını yaxşılaşdırmaq üçün yeniliyin təşviqi. 

Bu gün dünyada hər 11-ci adam diabetdən əziyyət çəkir. Heç bir tədbir görülmədiyi halda 2045-ci ilə qədər hər doqquzuncu adamın bu xəstəlikdən əziyyət çəkməsi proqnozlaşdırılır.

Diabet səhiyyə sistemləri üzərində böyük bir yükdür və biz xəstəliyin qarşısını almaq və onu müalicə etmək üçün fəaliyyət göstərdiyimiz ölkələrdə səhiyyə orqanları və digər tərəfdaşlarla işləməyə sadiqik.   

Heç bir uşaq tip 1 diabetdən ölməməlidir 

Biz 2030-cu ilə qədər 100000 uşaqa çatmaq üçün uşaqlarda "Diabetə qalib gələrək yaşamaq" proqramını genişləndiririk.  Proqramımız  artıq resursların az olduğu mühitdə tibbi xidmətə və həyat əhəmiyyətli dərmanlara əlçatanlığı əldə etmək üçün tip 1 diabeti olan 25000-dən çox uşağa kömək etmişdir..

Aztəminatlı insanlar üçün təkmilləşdirilmiş müalicə

Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qırmızı xaç və Danimarkanın Qırmızı Xaç Cəmiyyəti ilə 2023-cü ilə qədər Dəyişiklik üçün tərəfdaşlıq proqramımızın vaxtını uzadırıq. Əlavə olaraq biz 15 milyon danimarka kronu ianəsi ilə proqramı dəstəkləyirik. Birgə səylərimiz vasitəsilə, proqram humanitar böhranlar zamanı qayğıya ən çox ehtiyacı olan pasiyent qruplarına kömək edir.