Biz diabet və digər ciddi xroniki xəstəliklərlə yaşayan insanlara dərmanlarımızı təchiz etməyə, əməkdaşlarımızın sağlamlığını qorumağa və COVİD-19-u məğlub etmək üçün çalışan həkim və tibb bacılarına dəstək olmaq üçün tədbirlər görməyə davam edirik.

Pandemiya vəziyyəti dəyişdikcə yeni suallar və narahatlıq doğuran məsələlər yaranacaqdır və biz dərmanların təchizi, onları qəbul edən insanlar üçün cavablar və bizimlə əlaqənin necə saxlanılması ilə bağlı yeni məlumatlardan xəbərdar olmağınızı istəyirik.

Hal-hazırda təchizatla bağlı heç bir problem yaşamırıq. Biz belə vəziyyətlərə yaxşı hazırıq və bizim uzunmüddətli çatdırılmanı təmin edən saxlama siyasətimiz var.

Bu mühüm əhəmiyyət kəsb edir çünki biz dünya üzrə pasiyentlərin hər gün asılı olduğu mühüm preparatlarla işləyirik.

Biz səhiyyə orqanları və apteklərin COVİD-19 pandemiyası zamanı həyati vacib dərmanların mövcud olmasını təmin etmək üçün əlindən gələni etdiyini bilirik və sizi əmin edə bilərik ki, bizdə olan dərman ehtiyatı normal səviyyədədir. Vəziyyəti müşahidə etməyə davam etdikcə biz yeni məlumatlar paylaşacağıq.

Əgər siz və ya tanıdığınız kimsə diabet, piylənmə və ya digər ciddi xroniki xəstəliklə yaşayırsınızsa sizdə müəyyən narahatlıqların olması şübhəsizdir. Çoxumuzdan evdə qalmaq tələb olunduğu müddətdə fiziki və əqli narahatlıqlarla bağlı bir çox suallar yaranır.

Biz sizin üçün faydalı olacağını ümid etdiyimiz məsləhət və təkliflərimizlə sizinlə paylaşmaq istəyirik.

Diabet və COVID-19

Piylənmə və COVID-19

Əməkdaşlarımızın sağlamlığını qorumaq və təhlükəsizliyini təmin etmək üçün biz yerli səhiyyə orqanlarının məsləhət və təlimatlarına əməl edirik. Yoluxma riski hələ də böyük olan bəzi ölkə və icmalarda biz əməkdaşlardan evdən işləməyi xahiş edirik.

Bu qeyri-adi iş şəraitində biz əməkdaşların fəal qalması, evdən erqonomik cəhətdən rahat işləməsi və rəqəmsal iş mühitini qəbul etməsi üçün onlara dəstək təmin edirik.

Biz istehsal sahələrimizdə işləyən əməkdaşların təhlükəsizliyi və iş başında olarkən tövsiyə olunan sosial məsafə tələblərini tətbiq edə bilmələri üçün tədbirlər görürük.

Biz başladığımız bütün klinik sınaqları davam etdiririk və yekunlaşmağa yaxın olanlarda ciddi gecikmələr gözləmirik Hazırki vəziyyətdə, biz dünya üzrə sınaq tədqiqatçıları ilə sıx dialoq aparır və davam etməkdə olan istənilən sınaqları dayandırmaq və müntəzəm tibbi müalicə ziyarətləri ilə üst-üstə düşmək üçün sahələrə edilən pasiyent ziyarətlərini minimuma endirmək məqsədilə onların rəyinə güvənirik.

Biz, həmçinin, sınaqdan sonra vəziyyətin izlənilməsinin həddən artıq çətin olduğunu müşahidə edir və bu vəziyyətdə ən yaxşı çıxış yollarını tapmaq üçün müvafiq sınaq sahələri, tədqiqatçılar və səlahiyyətli orqanlarla çalışırıq. Davam edən sınaqlar üçün yeni pasiyentlərin cəlb olunması prosesinə mənfi təsir var, lakin bu vəziyyət də tədricən düzəlməkdədir. Hal-hazırda müəyyən ölkələrdə yeni sınaqlara başlamaq mümkündür.

Novo Nordisk şirkəti pandemiyanın təsiri altına düşmüş ərazilərdə bir çox təşəbbüs həyata keçirməklə, o, cümlədən ianələr verməklə, əlləri dezinfeksiya edən sanitayzerlərin istehsalı üçün xam malı paylaşmaqla və COVID-19 analizlərinin götürülməsi üçün laboratoriyalarımızı açmaqla səhiyyə orqanlarına dəstək göstərir.

Biz vəziyyət inkişaf etdikcə müvafiq tədbirlərin görülməsini təmin etmək üçün qlobal vəziyyəti yaxından müşahidə edirik.

Biz bəzi ölkələrdə olan səhiyyə orqanları və apteklər dərmanların ehtiyacı olanlara həmişə mövcud olmasını təmin etmək üçün əllərindən gələni etdiyini bilirik, lakin sizi əmin edə bilərik ki, bizdə olan dərman ehtiyatı normal səviyyədədir.

Bu o deməkdir ki, xəstənin hər dəfə ala biləcəyi dərman və ya cihaz sayında məhdudiyyətlər ola bilər. Diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar zəruri dərmanlardan istifadə edə bilsin deyə dərman və ya cihazları normal tələblərə uyğun olaraq əldə etmək vacibdir.

Biz inventar səviyyələrinə nəzarət etmək üçün səhiyyə orqanları və apteklər də daxil olmaqla tərəfdaşlarımızla sıx əlaqədəyik.

Vəziyyət daima dəyişir, lakin hal-hazırda biz təchizatla bağlı hər hansı məhdudiyyətlərlə üzləşməmişik. Biz belə vəziyyətlərə çox yaxşı hazırıq və bizim uzunmüddətli təchizata xidmət edən inventar siyasətimiz var. Bu vacibdir, çünki bizim dərmanlara dünyanın istənilən yerində pasiyentlərin hər gün ehtiyacı var. 

Novo Nordisk-də klinik tədqiqatlar apararkən prioritetlərimiz xəstələrin təhlükəsizliyi və klinik sınağın bütövlüyüdür. Biz başladığımız bütün kliniki sınaqları davam etdiririk və yekunlaşmağa yaxın olanlarda ciddi gecikmələr gözləmirik.

Hazırki vəziyyətdə, biz dünya üzrə sınaq tədqiqatçıları ilə sıx dialoq aparır və davam etməkdə olan istənilən sınaqları dayandırmaq və müntəzəm tibbi müalicə ziyarətləri ilə üst-üstə düşmək üçün sahələrə edilən pasiyent ziyarətlərini minimuma endirmək məqsədilə onların rəyinə güvənirik.

Biz, həmçinin, sınaqdan sonra vəziyyətin izlənilməsinin həddən artıq çətin olduğunu müşahidə edir və bu vəziyyətdə ən yaxşı çıxış yollarını tapmaq üçün müvafiq sınaq sahələri, tədqiqatçılar və səlahiyyətli orqanlarla çalışırıq. Səhiyyə sisteminin üzərinə düşmüş cari gərginliyi əks etdirmək üçün heç bir yeni sınaqlar aparılmayacaqdır.

Əməkdaşlarımızın sağlamlığını və təhlükəsizliyini qorumaq üçün biz təhlükəsiz iş şəraitini təmin etmək məqsədilə yerli səhiyyə orqanlarının məsləhətinə əməl edirik. 

Hələ də distant işləyən əməkdaşlara gəldikdə onların fəal qalması, evdən erqonomik cəhətdən rahat işləməsi və rəqəmsal iş mühitinə adaptasiya olunması üçün onlara dəstək təmin edirik.

Biz istehsal sahələrimizdə təhlükəsiz iş şəraitini təmin etmək və iş başında olarkən tövsiyə olunan sosial məsafə təcrübələrini həyata keçirmək üçün tədbirlər görürük. Biz yalnız COVID-19 ilə əlaqəli sağlamlığı üçün təhlükə olmayan əməkdaşlardan ofisdə və ya zavodda olmağı xahiş edirik.

COVID-19 pandemiyası zamanı dərman vasitələrinin mövcudluğu və ya əlçatımlığı ilə bağlı suallarınız olarsa xahiş olunur ölkənizdəki yerli nümayəndəliyimizlə əlaqə saxlayın.

Dünya üzrə nümayənliklərimiz barədə məlumat almaq üçün bura klikləyin

Biz qlobal COVID-19 pandemiyasının dünya miqyasında insanların həyatına təsir göstərdiyini anlayırıq və diabet və/və ya piylənmə ilə yaşayan insanların ümumi əhali ilə müqayisədə COVID-19-a yoluxma riskinin daha yüksək olmadığına baxmayaraq, COVID-19 diabet, piylənmə və digər aidiyyati ağırlaşmalarla yaşayan bəzi insanlarda daha kəskin simptomlara və ağırlaşmalara, məsələn ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Hal-hazırda piylənmə olan insanlarda COVID-19 yoluxma riskinin artması ilə bağlı heç bir sübut yoxdur. Dəlillərə əsasən adi mövsümi qrip xəstəliyi ilə əlaqədar olaraq bədən kütləsinin indeksi ≥ 40 kg/m2 olan insanlarda ciddi ağırlaşmaların riski artır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi və Birləşmiş Krallığın İctimai Sağlamlıq təşkilatı kəskin piylənməsi olan insanları (bədən kütləsinin indeksi≥ 40 kg/m2) COVID-19-dan ciddi ağırlaşmaya məruz qalma riski yüksək olan kateqoriyaya daxil edir.

Əgər diabet yaxşı nəzarət altında saxlanılarsa COVID‑19-un səbəb olduğu ciddi xəstəliyə məruz qalma riski təxminən ümumi əhali ilə eyni səviyyədə olar..

Bu vaxtlarda diabet və piylənmə ilə yaşayan insanlara dəstək olmağa davam etmək üçün əlavə məlumat və dəstəyi pasiyentlərə dəstək veb-saytlarımızda tapa bilərsiniz:

Diabet: Diabetes What's Next

Piylənmə: Truth About Weight

Tip 1 və tip 2 diabeti olan insanlarda xəstəliyin riskləri oxşardır. Tip 1 diabeti olan insanlar viruslu infeksiyaya yoluxduğu təqdirdə onlarda DKA-nın (diabetik ketoasidoz) baş vermə riski artmış olur.

 COVID-19 pandemiyası zamanı biz diabetlə yaşayan insanlar da daxil olmaqla dünya miqyasında xəstəliyin insanların həyatına təsirini anlayırıq. Diabeti olan insanlar aşağıda qeyd olunanları hazır vəziyyətdə saxlamalıdır:

  • Səhiyyə orqanının əlaqə məlumatlarını.
  • Evdə qanda qlükozanın səviyyəsinə nəzarət etmək üçün adekvat həcmdə dərman vasitələrinin ehtiyatı.
  • Qanda şəkərin səviyyəsi aşağı olduğu təqdirdə və ya qidalanmaq üçün həddən artıq özünüzü xəstə hiss etdikdə spirtsiz içkilər, bal, mürəbbə, konfet və ya nabat kimi sadə karbohidratların kifayət qədər ehtiyatı.
  • Pis qlikemik nəzarət (qanda aşağı və ya yüksək qlükoza səviyyəsi) halında qlükaqon və keton zolaqları.

Pasiyentlər, həmçinin, aşağıda qeyd olunanlar kimi fövqəl xəbərdarlıq əlamətlərinə qarşı diqqətli olmalıdırlar: nəfəsalmada çətinlik və ya təngnəfəslik, döş nahiyyəsində davamlı ağrı və ya təzyiq, çaşqınlıq və oyana bilməmək, göyərmiş dodaqlar və ya sifət.

Əgər diabeti olan kimsə özündə COVID‑19 simptomlarının olduğunu aşkarlayarsa və ya xəstəliyə yolxuduğundan şübhələnərsə yerli orqanların tövsiyələrinə əməl edilməlidir. Bəzi ölkələrdə pasiyentlərə dərhal tibbi yardım üçün müraciət etmək məsləhət görülür. Buna baxmayaraq digərlərini virusa yoluxdurmamaq üçün birbaşa xəstəxanaya getmək və tibb personalı tərəfindən prioritet tədbirlərin görülməsinə imkan yaratmaq məsləhət görülür. 

Xəstəxanaya/həkimə zəng edin və aşağıdakı məlumatları təqdim edin:

  • Simptomlar
  • Qlükoza və keton göstəriciləri (əgər varsa)
  • Maye qəbulunun izlənilməsi

Dərman vasitələrindən istifadə ilə bağlı diabeti müalicə komandasının məsləhətinə əməl edin. Maye qəbul edin və əlinizin altında şəkərsiz içkiniz olmalıdır və daha az miqdarda, lakin tez-tez qidalanmağa çalışın. 

Virusa yoluxmuş diabeti olan insanlar xəstəlik zamanı qanda qlükoza səviyyəsinin pisləşməsini müşahidə edə bilərlər. Pasiyentlər öz diabetini dekompensləşdirmək üçün “xəstə günlər təlimatlarına” əməl etməlidirlər.

Həmişə yerli orqanların məsləhətinə əməl edin. Amerika Diabet Cəmiyyəti (ADA) bu pasiyentlər üçün aşağıdakı tədbirlərin görülməsini təklif edir:

  • Diabet əleyhinə dərman vasitələri və qanda qlükozanın miqdarı ilə bağlı həkimin (diabet müalicəsi ilə məşğul olan qrupun) məsləhətinə əməl edin.
  • Hiperqlikemiyanın əlamətlərindən (normadan daha çox sidik ifrazatı; xüsusilə gecə vaxtlarında), çox susama, başağrıları, yorğunluq və letargiyadan agah olun.
  • Gündüz və gecə (ümumiyyətlə hər 2-3 saatdan bir) qanda qlükozanın səviyyəsinə nəzarət edin.
  • Maye qəbul edin.
  • Əgər qanda qlükozanın səviyyəsi 70 mg/dL (3.9 mmol/L) və ya hədəf diapazonundan aşağı olarsa asanlıqla həzm olunan 15 qram sadə karbohidrat qəbul edin (məsələn bal, konfet, meyvəli dondurma, şirə və ya spritsiz içki). Qanda şəkərin səviyyəsinin qalxmasından əmin olmaq üçün qanda qlükozanın səviyyəsi hər 15 dəqiqədən bir yoxlanılmalıdır.
  • Qanda qlükozanın səviyyəsi iki dəfə ardıcıl olaraq 240mq/dL-dan (13.3 mmol/L) çoxdursa ketonlar yoxlanılmalıdır. Ketonun miqdarı orta və ya yüksək olduğu təqdirdə dərhal həkiminizlə məsləhətləşməlisiniz (və göstəriş verildiyi təqdirdə onun səviyyəsini izləməlisiniz və ya aşağı salmalısınız).
  • Qanda qlükozanın səviyyəsini daimi nəzarətdə saxlayan cihazların dəqiqliyini təmin etmək üçün bu göstəriciləri öz-özünə ölçülmüş qan qlükoza testləri ilə yoxlayın çünki bəzi cihazlar asetaminofen/parasetamolun təsirinə məruz qalır.
  • Əllər yuyulmalı və inyeksiya/infuziya və barmağa iynənin batırılma sahələri sabun və su ilə təmizlənməli və ya spirtlə sürtülməlidir.
  • Qanda qlükozanın miqdarı 250 mq/dl-dan yüksəkdirsə və ketonların miqdarı orta səviyyədən çoxdursa fiziki fəaliyyətinizi azaldın.

Əlavə təlimat üçün xahiş olunur burada CDC "Qripli və Xəstə Günlər üzrə Təlimatlarla’’ tanış olun.

Pasiyentlərə və fəaliyyət göstərdiyimiz icmalara sadiqliyimiz dəyişməz olaraq qalır və bu misli görünməyən vaxtlarda bizim əsas diqqətimiz əməkdaşlarımızın sağlamlığını qorumağa yönəlib.

COVID-19 qlobal pandemiyası zamanı biz piylənməsi olan insanlar da daxil olmaqla dünya miqyasında xəstəliyin insanların həyatına təsirini anlayırıq.

İnsanlar yerli səhiyyə orqanlarının təlimatına müvafiq olaraq ilk növbədə səhiyyə xidmətinin təminatçısı ilə bunu müzakirə etmədən qəbul etdikləri istənilən dərmanların (o, cümlədən piylənməyə qarşı dərmanlar) qəbulunu dayandırmamalıdırlar.

Piylənmə ilə yaşayan insanlar yerli səhiyyə orqanlarının təlimatına müvafiq olaraq fiziki məşğələləri davam etməli və sosial məsafə qaydalarına əməl etməlidirlər.

COVID-19 böhranı zamanı fiziki məşğələ və sağlam qidalanma ilə bağlı ümumi tövsiyələr üçün biz piylənmə ilə yaşayan insanların peşəkar səhiyyə işçilərənin və peşəkar assosiasiyaların təlimatlarına əməl etməsini tövsiyə edirik. 

 COVID-19  qlobal pandemiyası zamanı biz piylənmə ilə yaşayan insanlar da daxil olmaqla dünya miqyasında xəstəliyin insanların həyatına təsirini anlayırıq. COVID-19 simptomlarının olduğundan şübhələndiyi təqdirdə piylənmə ilə yaşayan insanlara ÜST və yerli səhiyyə orqanının tövsiyələrinə əməl etmək məsləhət görülür.

İnsanlar yerli səhiyyə orqanlarının təlimatına müvafiq olaraq ilk növbədə səhiyyə xidmətinin təminatçısı ilə bunu müzakirə etmədən qəbul etdikləri istənilən dərmanların (o, cümlədən piylənmə əleyhinə dərmanları) qəbulunu dayandırmamalıdırlar.

Pasiyentlərə və fəaliyyət göstərdiyimiz icmalara sadiqliyimiz dəyişməz olaraq qalır və bu misli görünməyən vaxtlarda bizim əsas diqqətimiz əməkdaşlarımızın sağlamlığını qorumağa yönəlib.

Virusa yoluxma riskini azaltmaq üçün hər kəs ictimai səhiyyə orqanlarının tövsiyələrinə əməl etməlidir, o cümlədən ən azından 20 saniyə ərzində əllərini müntəzəm və yaxşıca yumalıdır, yaxşı gigiyena qaydalarına əməl etməli və xəstə insanlarla əlaqədə olmamalıdır. 

Biz dünya miqyasında pasiyentlərimizə dəstəyimizi göstərməyə davam edirik. Hal-hazırda bizim dərman preparatlarının təchizatı ilə bağlı problemimiz yoxdur və ehtiyatda saxlanılan dərmanların miqdarı kifayət qədərdi. Biz belə vəziyyətlərə yaxşı hazırıq və bizim uzunmüddətli təchizatı təmin edən saxlama siyasətimiz var. Bu mühüm əhəmiyyət kəsb edir çünki biz dünya üzrə pasiyentlərin hər gün asılı olduğu mühüm preparatlarla işləyirik.

Dünyada vəziyyət dəyişdikcə biz diqqəti pasiyentlərimizin onlara tələb olunan dərman vasitələrinə  çıxışının təmin olunmasına cəmləyirik.

Novo Nordisk qlobal səhiyyə üzrə məsuliyətə və töhfəmizə sadiqdir və  COVID-19 qarşı cavab tədbirlərində vaxtı-vaxtında dəstəyi və resursları təmin edəcək.

Xahiş olunur bu informasiya ilə bağlı yenilikləri öyrənmək üçün bu səhifəni izləyin.

Hal-hazırda diabet və piylənmə ilə yaşayan insanların COVID-19-a yoluxduqları təqdirdə dərman preparatlarımızı qəbul etdiyinə görə hər hansı bir təsiri bildirən məlumat yoxdur (məsələn GLP-1 reseptor aqnositləri və ya insulin).

 COVID-19 səhiyyə böhranı ərzində pasiyentlərimizin sağlamlığı və rifahı bütün işlərimizdə başlıca amil olaraq nəzərə alınır.

Biz qlobal səhiyyə üzrə məsuliyət və töhfəmizə sadiqik və  COVID-19-a qarşı cavab tədbirləri çərçivəsində vaxtı-vaxtında dəstəyi və resursları təmin edəcəyik.

Xahiş olunur bu informasiya ilə bağlı yenilikləri öyrənmək üçün bu səhifəni izləyin.

Bu xəstəliklə əlaqəli ümumi maarifləndirmə kampaniyasıdır və tibbi  məsləhət kimi nəzərə alınmamalıdır. Sizdə COVID-19 simptomları və ya sual,  şübhə və ya narahatçıqlarınız olduğu təqdirdə həkiminizə müraciət edin. Həmiçə yerli orqanların  məsləhətinə əməl edin.

Diabet və piylənmədən əziyyət çəkən insanlar üçün müntəzəm verilən suallar bölməsini hazırlayarkən aşağıdakı mənbələrdən istifadə olunmuşdur:

  • CDC. Qrip Arğırlaşamalarına görə yüksək riskə məruz qalan insanlar. Aşağıdakı vebsaytda yerləşdirilib: https://www.cdc.gov/flu/highrisk/index.htm. Sonuncu dəfə çıxış əldə edilib: Mart 2020-ci il.